ABŞ prezidenti Donald Tramp bir daha ABŞ-ın Birinci və İkinci Dünya Müharibələrində qalib gəldiyini iddia edib.
Lent.az xəbər verir ki, Tramp bu haqda Ayova ştatında çıxışı zamanı danışıb.
"Biz Birinci Dünya Müharibəsində qalib gəldik. İkinci Dünya Müharibəsində qalib gəldik. Digər müharibələrdə qalib gəldik", - Tramp deyib.
Qeyd edək ki, bundan əvvəl Tramp 11 noyabr və 8 may tarixini Birinci və İkinci Dünya Müharibələrində Qələbə günləri elan edib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar İkinci Dünya Müharibəsində qalib gəlmək üçün digər ölkələrlə müqayisə olunmayacaq dərəcədə çox işlər görüb.