"Uber" taksilərdə unudulan  ən qeyri-adi şeyləri açıqladı
18 aprel 2024 05:04 (UTC +04:00)

"Uber" taksilərdə unudulan ən qeyri-adi şeyləri açıqladı

Müştərilərin avtomobillərdə unutduqları 50 ən qeyri-adi şeyin siyahısı dərc edilib.

Lent.az xəbər verir ki, bu barədə taksi sifarişi şirkəti "Uber" ABŞ-də müştərilərin avtomobillərdə unutduqları şeyləri açıqlayıb.

Siyahıya canlı tısbağa, iki konteyner hörümçək, siçovul skeleti, hisə verilmiş donuz əti, Hillari Klintonun plakatı, saxta ombalar, çərçivəli Taylor Svift avtoqrafı, parik, atalıq testi və panik düyməsi daxildir.

Bundan əvvəl "Citydrive" avtomobil paylaşımında qeyri-adi unudulmuş şeylərin siyahısını dərc etmişdi. Çox vaxt pul kisələri və şarj kabelləri, qulaqlıqlar, açarlar, çantalar və kürək çantaları, uşaq oyuncaqları kimi kiçik gündəlik əşyalar avtomobillərdə unudulur.

# 2934
avatar

Oxşar yazılar