Ağ corabları qar kimi ağappaq etmək  üsulu
18 sentyabr 2026 12:53 (UTC +04:00)

Ağ corabları qar kimi ağappaq etmək üsulu

0

Ağ corabları ideal vəziyyətdə saxlamaq asan deyil. Açıq rəngli parçada hətta kiçik çirklər və ləkələr belə dərhal nəzərə çarpır. Xüsusilə ayaqqabıdan corabın alt hissəsinə keçən izləri adi yuyucu vasitələrlə təmizləmək çətin olur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, zamanla saralmış və ya bozarmış ağ corabların əvvəlki görünüşünü qaytarmaq üçün adi aspirindən istifadə etmək mümkündür.

Bildirilir ki, aspirinin tərkibində olan asetilsalisil turşusu yumşaq ağardıcı təsir göstərə bilər. Bunun üçün üzəri örtüklə kaplanmamış 4 ədəd adi aspirin tabletini çirkli corablarla birlikdə birbaşa paltaryuyan maşının barabanına qoymaq və standart yuma proqramını işə salmaq tövsiyə edilir.

Ağ corabları yuyarkən bəzi qaydalara da əməl etmək vacibdir. İlk növbədə onları rəngli geyimlərdən ayırmaq lazımdır. Çünki rəngli parçalar yuma zamanı boya buraxa və ağ corabların rəngini dəyişə bilər.

Ağ corabların 40-60 dərəcə temperaturda yuyulması daha uyğun hesab edilir. Daha yüksək temperatur parçanın liflərini zədələyə və corabların yığılmasına səbəb ola bilər.

Yuma zamanı ağ parçalar və ya pambıq geyimlər üçün nəzərdə tutulmuş proqramdan istifadə etmək, həmçinin ağ paltarlar üçün uyğun yuyucu toz və ya maye vasitə seçmək məsləhət görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 186

Oxşar yazılar