Ukrayna Müdafiə Nazirliyində audit başlayıb
05 fevral 2023 22:04 (UTC +04:00)

Ukrayna Müdafiə Nazirliyində audit başlayıb

Ukrayna Müdafiə Nazirliyi dövlət satınalmaları departamentinin daxili auditini həyata keçirir.

Lent.az-ın xəbərinə görə, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov məlumat verib.

"Biz bütün satınalma sistemlərini yoxlayan daxili auditə başladıq. O, hələ də işləyir. Düşünürəm ki, bir həftə ərzində bütün prosedurlar tamamlanmalıdır", - Reznikov vurğulayıb.

O əlavə edib ki, Ukrayna Müdafiə Nazirliyinin təşəbbüsü ilə paralel olaraq Hesablama Palatası idarənin dövlət auditinə başlayıb.  

# 1569
avatar

Oxşar yazılar