Kamikadze məsciddə özünü partlatdı: 15 ölü, 50 yaralı  var - VİDEO
18 sentyabr 2026 14:07 (UTC +04:00)

Kamikadze məsciddə özünü partlatdı: 15 ölü, 50 yaralı var - VİDEO

0

Pakistanda məsciddə partlayış olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Əfqanıstanla sərhəddə yerləşən Xeybər-Paxtunxva əyalətinin Kohat bölgəsində baş verib.

Kamikadzenin özünü partlatdığı ehtimal edilən hadisə nəticəsində ilkin məlumata görə, azı 15 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.

Xilasetmə xidmətinin rəsmisi Bilal Faizinin sözlərinə görə, yaralananların əksəriyyəti cümə namazı zamanı məsciddə ibadət edən şəxslər olub.

Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Çox sayda yaralının gətirilməsi səbəbindən xəstəxanada fövqəladə vəziyyət elan edilib.

Yerli polis partlayışın ətrafdakı evlərə və ticarət obyektlərinə ciddi ziyan vuracaq qədər güclü olduğunu bildirib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə məscidin damının çökdüyü görünür. Kadrlarda xilasedicilər və yerli sakinlərin dağıntılar altında qalan yaralıları çıxararaq təcili yardım maşınlarına daşıdığı əks olunub.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib. Bununla belə, hücumun rəsmi adı “Tehrik-i-Taliban Pakistan” olan Pakistan Talibanı tərəfindən törədilmiş ola biləcəyi ehtimal edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 200

Oxşar yazılar