Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adanom Qebreyesus
11 may 2021 06:14 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adanom Qebreyesus

ÜST dünyaya səsləndi: PEYVƏNDLƏR BƏRABƏR BÖLÜNMÜR

“Son bir həftə ərzində 5.4 milyondan çox insan koronavirusa yoluxdu və demək olar ki, 90 min nəfər öldü”. 

APA TASS-a istinadən xəbər verir ki, bunu Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus deyib.

Baş direktorun sözlərinə görə, Avropada və Amerika bölgəsində yoluxma və ölüm hallarında azalma müşahidə edilsə də, Hindistan da  daxil olmaqla Cənub-Şərqi Asiyada bu tendensiya artmaqdadır: “Yoluxma və ölüm sayının sürətlə artıması sanitariya tədbirlərinin zəifləməsindən və peyvəndlərin qeyri-bərabər bölgüsündən irəli gəlir”. 

Qebreyesus peyvəndlərin dövlətlər arasında bərabər bölünməməsini ən böyük risklərdən biri kimi xarakterizə edib: “Yüksək və orta gəlirli ölkələr dünya əhalisinin 53% -ni təşkil edir, lakin peyvəndin 83 %-ni bu ölkələr alıb”. 

# 1266
avatar

Oxşar yazılar