Ən bahalı futbol klubları - SON REYTİNQ
20 avqust 2026 20:00 (UTC +04:00)

Ən bahalı futbol klubları - SON REYTİNQ

0

2026-cı ildə dünyanın ən bahalı 50 futbol klubunun siyahısı açıqlanıb. Reytinqin ilk 10 pilləsində yer alan klubların hamısı Avropanı təmsil edir.

Lent.az xəbər verir ki, siyahını “Brand Finance” analitik platforması hazırlayıb. Reytinqdə dünyanın ən dəyərli futbol brendləri müəyyənləşdirilib.

Siyahıya ardıcıl üçüncü ildir Madrid “Real”ı başçılıq edir. Klubun brend dəyəri 2,36 milyard avro qiymətləndirilir.

İkinci pillədə 1,94 milyard avro dəyərlə “Barselona” qərarlaşıb. İlk üçlüyü isə 1,51 milyard avro göstərici ilə London “Arsenal”ı tamamlayıb.

İlk 10-luqda yer alan digər klublar bunlardır:

“Bavariya” – 1,49 milyard avro

PSJ – 1,48 milyard avro

“Mançester Siti” – 1,46 milyard avro

“Liverpul” – 1,45 milyard avro

“Mançester Yunayted” – 1,42 milyard avro

“Çelsi” – 941 milyon avro

“Borussiya Dortmund” – 654 milyon avro.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar