Salyanda ağır qəza: Bir nəfər öldü
20 avqust 2026 20:06 (UTC +04:00)

Salyanda ağır qəza: Bir nəfər öldü

0

Salyanda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara-İran magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı istiqamətində sürətlə hərəkətdə olan avtomobil qəfil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Əsədova Səlbi hadisə yerində həyatını itirib, 2 nəfər isə ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar