"Vaqner"in nəzarətində olan mədəndə ATIŞMA: 10 nəfər öldü
19 iyul 2025 11:30 (UTC +04:00)

"Vaqner"in nəzarətində olan mədəndə ATIŞMA: 10 nəfər öldü

Mərkəzi Afrika Respublikasında Rusiyanın “Vaqner” özəl hərbi birliyinin nəzarətində olan qızıl mədənində atışma baş verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, ilkin məlumatlara görə, 10-dan çox şəxs həyatını itirib. Media yazır ki, əvvəlcə mədənçiləri qadağan olunmuş zonada qızıl axtarmağa məcbur ediblər, sonra isə güllələyiblər.

Mərkəzi Afrika Respublikası hakimiyyətindən rəsmi şərh verilməyib. Hadisə ilə bağlı nə mədən nümayəndələri, nə də “Vaqner” əməkdaşları danışırlar.

Məlum olduğu kimi, 2018-ci ildən etibarən “Vaqner” kimi tanınan rus muzdlular şirkəti Mərkəzi Afrika Respublikasında yüksək vəzifəli şəxslərin mühafizəsi ilə məşğuldur və həmçinin gəlirli mədən konsessiyalarına rəhbərlik edir. Onların döyüşçüləri onlarla cinayətdə ittiham olunurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 410

Oxşar yazılar