Vladimir Dovjik 58 yaşında  vəfat etdi
26 fevral 2026 01:45 (UTC +04:00)

Vladimir Dovjik 58 yaşında vəfat etdi

0

Tanınmış kino və televiziya aktyoru Vladimir Dovjik 58 yaşında vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə aif.ru saytı məlumat yayıb.

Vladimir Dovjik “Brigada” serialında Saşa Belinin vəkili, “Sklifosovski” layihəsində neyrocərrah Yuri Şeynman, “Balabol” serialında isə detektiv agentliyinin əməkdaşı Yuandros Xronov rolları ilə tanınırdı.

O, həmçinin “Sled”, “Internı”, “Osa”, “İsçeleniye”, “Moskovskaya borzaya”, “Konets prekrasnoy epoxi”, “Lyudmila Qurçenko”, “Mosqaz. İş №11: Roziqrış” və digər ekran işlərində çəkilib.

Aktyorun iştirakı ilə son film 2026-cı ildə nümayişi planlaşdırılan “Amerikanets” detektividir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar