Xameneinin barmağındakı üzük  onun öldürülməsinə səbəb olub?
05 mart 2026 19:59 (UTC +04:00)

Xameneinin barmağındakı üzük onun öldürülməsinə səbəb olub?

0

ABŞ-İsrail ittifaqının İrana hücumu və İranın cavabı dünyanın gündəmindədir... 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bölgədəki hadisələr diqqətlə izlənilərkən, İsrailli insan haqları fəalı Devid Keyes İranın dini lideri Xameneinin öldürülməsi ilə bağlı olduqca mübahisəli bir iddia irəli sürüb.

İranın dini lideri Ayətullah Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin başlatdığı hücumlarda öldürülüb. 

Xameneinin varisi kimin olacağı ilə bağlı müzakirələr davam edərkən, israilli insan haqları fəalı Devid Keyes sensasion bir iddia ilə çıxış edib. Keyes Xameneinin üzüyünə dinləmə cihazı qoyulduğunu iddia edərək bildirib: "Bunu açıqlamaqda tərəddüd edirdim, amma o, evdə olduğundan, Xameneinin üzüyünə dinləmə cihazı yerləşdirən Mossad agentinin adı Şama Hakol olduğunu deyə bilərəm. Şama mənim çox yaxın dostumdur və bu missiya üçün böyük bir risk götürüb. O, mütləq bir gün filmin mövzusu olacaq". 


İran İnqilab Keşikçiləri Korpusuna yaxın olan Fars Xəbər Agentliyinin Əli Xameneinin ofisi ilə tanış olan mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ-İsrail hücumlarında Xameneinin ailəsinin bəzi üzvlərinin öldürüldüyü təsdiqlənib. Xameneinin qızı, kürəkəni, nəvəsi və gəlinlərindən birinin evinin və ofisinin yerləşdiyi əraziyə ABŞ-İsrail hücumunda həlak olduğu bildirilir. 


1939-cu il aprelin 19-da İranın şimal-şərqindəki Məşhəddə anadan olan Xameneinin atası Ayətullah Cavad Xamenei Azərbaycan əsilli ruhani idi. Ailəsi İrandakı Azərbaycan türk icmasına mənsubdur. Ayətullah Xomeyninin ən yaxın silahdaşlarından biri kimi tanınan Xamenei inqilabdan sonrakı dövrdə yeni rejimin qurulmasında əsas fiqura çevrilib, müdafiə naziri kimi mühüm vəzifələr tutub və iki müddət prezident olub. 


1989-cu ildən bəri İranın ən yüksək qərar qəbuletmə orqanı olan "Ali lider" vəzifəsini tutan Əli Xamenei, siyasi karyerası boyunca İranın daxili və xarici siyasətində əhəmiyyətli bir iz buraxıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 736

Oxşar yazılar