ABŞ tərəfdaşlarını Rusiya ilə sövdələşmə barədə məlumatlandırıb
21 oktyabr 2015 03:17 (UTC +04:00)

ABŞ tərəfdaşlarını Rusiya ilə sövdələşmə barədə məlumatlandırıb

ABŞ Rusiya ilə Suriyada uçuşlara dair memorandum barədə tərəfdaşlarını məlumatlandırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun nümayəndəsini Piter Kuk bildirib.  

 

“Biz danışıqlar prosesi zamanı daim koalisiya üzrə tərəfdaş ölkələrlə məsləhətləşmələr aparmışıq, onlar memorandum, qarşılıqlı anlaşma və onun şərtləri barədə yaxşı məlumatlıdırlar”, deyə Kuk qeyd edib.

 

Bundan əvvəl Rusiyanın müdafiə nazirinin müavini Anatoli Antonov ABŞ tərəfinin  razılaşdırılmış qaydalar barədə Suriya ərazisindəki əməliyyatlarda iştirak edən bütün tərəfdaşlarını məlumatlandıracağını vəd etdiyini bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 295

Oxşar yazılar