Avropa Birliyi və Türkiyə qaçqınlara dair razılığa gəliblər
16 oktyabr 2015 06:35 (UTC +04:00)

Avropa Birliyi və Türkiyə qaçqınlara dair razılığa gəliblər

Aİ və Türkiyə  qaçqınların Avropaya axınının dayandırılmasına dair tədbirlər planının razılaşdırmasını davam etdirəcəklər. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ Şurasının sədri Donald Tusk və Avropa Komissiyasının Jan-Klod Yunker bildiriblər.

 

Almaniya kansleri Angela Merkel, öz növbəsində bildirib ki, konkret tədbirlər hələlik müəyyən edilməyib, danışıqlar davam etdirilir.  

 

O əlavə edib ki, Türkiyə miqrasiya probleminə 7 mlrd dollar sərf edib. Onun sözlərinə görə, Aİ bu istiqamətdə Türkiyə hökumətinə dəstək etməlidir. 

 

“TASS”ın məlumatına görə, sammit miqrantların vətəninə qaytarılması üçün  Avropanın “Frontex” agentliyinə əlavə səlahiyyətlər verib. “Biz “Frontex” agentliyinin mandatını gücləndirmək qərarına gəldik. Yaxın aylarda agentlik daha funksional orqana çevriləcək. Bizim məqsədimiz  miqrantların vətəninə qaytarılması üçün   “Frontex”ə əlavə səlahiyyətlər verməkdir”, deyə Donald Tusk qeyd edib.  

 

Onun sözlərinə görə, Avropa Birliyi  sərhədlərin mühafizəsi istiqamətində “Frontex”in daha aktiv fəaliyyət göstərməsinə nail olmaq niyyətindədir.  

 

Yunkerin sözlərinə görə isə, Aİ qaçqınların Türkiyə ərazisində qalmasına dair Ankara ilə sövdələşməyə çalışacaq: “Ankara ilə danışıqlarımızın əsas məqsədi Türkiyə ərazisində olan  qaçqınların bu ölkənin ərazisində qalmasına nail olmaqdır. İkinci məsələ - qaçqınların qanunsuz daşınmasını həyata keçirən kriminal qruplarla mübarizədir”, deyə o qeyd edib.

 

Avropa Komissiyasının sədri həmçinin qeyd edib ki, Aİ miqrasiya böhranı ilə mübarizədə tərəfdaşlıq naminə Türkiyə ilə vizasız rejimin hazırlanması prosesini sürətləndirməyə hazırdır. “Hər şey tamamilə açıq-aydın olmalıdır. Biz prosesi sürətləndirməyə hazırıq, lakin bütün meyarlar qüvvədə qalır, Avrokomissiya Türkiyənin hazırlıq səviyyəsini 2016-cı ildə dəyərləndirəcək”, deyə o vurğulayıb.  

 

Yunker qeyd edib ki, Aİ miqrasiya böhranı ilə mübarizə üçün Türkiyəyə ayrılacaq yardımın məbləğini hələlik müəyyən etməyib.  “Biz miqrasiya probleminin nizamlanması üçün Türkiyə ilə əməkdaşlığa dair tədbirlər Planının yalnız ümumi məzmununu razılaşdırmışıq”, deyə  Yunker qeyd edib.

 

 

Fransa prezidenti Fransua Olland isə sammitin ilk günün yekunlarını şərh edərkən Aİ sammitinin birliyin sərhədyanı ölkələrində miqrantların “çeşidlənməsi”  mərkəzlərinin yaradılmasını təsdiqlədiyini qeyd edib.

 

“Biz qaçqınların qəbulu və çeşidlənməsi üzrə mərkəzlərin yaradılmasını təsdiqlədik. Bu mərkəzlər onların qeydiyyata alınmasını, sığınacaq verilməsini və arzuolunmaz şəxslərin geri qaytarılmasını təmin edəcəklər”, deyə o qeyd edib.

 

Ollandın sözlərinə görə, bu cür mərkəzlərdən altısı artıq İtaliyada, bir neçəsi isə Yunanıstanda (Lesbos adasında) yaradılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516

Oxşar yazılar

Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi

Şahin Şıxlinski axtarışa verildi

17 iyul 2025 , 21:09
Müəllim bu fotolarına görə işdən qovuldu

Müəllim bu fotolarına görə işdən qovuldu

17 iyul 2025 , 18:16