BMT Baş Assambleyasının keçmiş sədri korrupsiyada təqsirləndirilir
21 oktyabr 2015 06:40 (UTC +04:00)

BMT Baş Assambleyasının keçmiş sədri korrupsiyada təqsirləndirilir

Nyu-York Böyük Jürisi korrupsiyada təqsirləndirilən BMT Baş Assambleyasının sabiq sədri, Antiqua və Barbuda dövlətinin təşkilatdakı daimi nümayəndəsi Con Eşə qarşı rəsmi ittiham irəli sürülüb.  

 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Çinin Makao şəhərində daşınmaz əmlakın tikintisi ilə bağlı yol verilmiş korrupsiya əməlinə görə həmçinin çinli developer Hq Lap Senq və daha 3 nəfər təqsirli bilinir.  

 

Məlumata görə, Con Eş Makaoda tikintisi  Hq Lap Senqun şirkətinə həvalə olunmuş BMT-nin konfrans mərkəzinin yaradılmasının zəruriliyi  barədə  məktub hazırlayaraq BMT baş katibinə təqdim edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 359

Oxşar yazılar