
Əmisi oğlunu qaçırıb 300 min istədi
Türkiyənin Qaziosmanpaşa bölgəsində bir mühəndisi aralarında əmisi oğlunun da olduğu 5 nəfər qaçırıb. Polis geyimində olan 5 nəfər təzminat üçün 1.000.000 lirə (təxminən 330 min manat) istəyib. Qaçırılan şəxsi polis qurtarıb, cinayəti törədənlər tutulub.
Lent.az-ın Türkiyə mediasına istinadla verdiyi məlumata görə, mühəndis işləyən 47 yaşlı Veysi. E marketdən alış-veriş edib qayıdanda evinin önündə “polis maşını”ndan düşən 5 nəfər qarşısını kəsib. Özlərini Mühafizə Xidmətinin əməkdaşları kimi təqdim edən şəxslər Veysi. E.nin axtarışda olduğunu deyiblər. Buna inanmayan Veysi.E inad etməyərək onlarla gedib.
Ancaq maşını polis şöbəsinə deyil, şəhərdən kənar kəndə sürüldüyünü görən Veysi.E qaçırıldığını başa düşüb və onlara qarşı çıxmağa başlayıb. Bu zaman cinayətkarlar onu döyərək başına kisə keçiriblər. Sonra Veysi. E.nin 5000 lirəlik (təxminən 1515 manat) və 15000 lirəlik (təxminən 4550 manat) mobil telefonunu alıblar. Mühəndisi Bayrampaşada bir evdə gizlədənlər onun ailəsi ilə əlaqə quraraq, 1.000.000 lirə (təxminən 330.000 manat) təzminat istəyiblər.
Veysi. E.nin axşam saatlarında yoxa çıxması barədə müraciət alan polis əməkdaşları ailənin də verdiyi oğurluq məlumatı ilə axtarışa başlayıblar. Sentyabrın 11-i polisin pilotsuz uçan aparatların da iştirakı ilə keçirdiyi əməliyyat nəticəsində qaçırılan şəxs qurtarılıb. Cinayətkarlardan Xəlil. E.nin Veysi. E ilə əmioğlu olduqları məlum olub. Cinayətdə iştirak edən Xələf. D.nin də qaçırılan şəxslə uzaq qohum olduqları ortaya çıxıb. Araşdırma nəticəsində hadisənin Veysi. E.nin Xəlil. E.yə bir şillə vurması səbəbilə meydana gəldiyi üzə çıxıb.
Oxşar yazılar

Əkrəm İmamoğlu hakim qarşısına çıxdı: 2 aydan sonra ilk dəfə göründü
16 iyun 2025 , 14:59
İsrailin İrandakı bir nömrəli hədəfi ortaya çıxdı: DETALLAR
16 iyun 2025 , 13:17
İsraildən XƏBƏRDARLIQ: Tehrandakı binaları və məhəllələri dağıdacaq
16 iyun 2025 , 10:51
Bu ölkədə müxalifətçi jurnalist edam edildi
16 iyun 2025 , 09:31
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
16 iyun 2025 , 08:47
116 illik tarixində xarici kəşfiyyata ilk dəfə qadın rəhbərlik edəcək
16 iyun 2025 , 04:11
İsrail Məşhəd hava limana zərbələr endirib -VİDEO
15 iyun 2025 , 19:22