
Mühasibi yaralayıb külli miqdarda pulu əlindən aldılar - TÜRKİYƏDƏ
İstanbulda gəlin maşınından düşən 3 nəfər firmanın mühasibini silahla yaralayaraq, bankdan çıxardığı 1 700 000 lirəni (təxminən 515 000 manat) əlindən alıblar.
Lent.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, firmalardan birində mühasib işləyən Kamil Aldağ və iş yoldaşı yol kənarındakı bankdan pul götürdükdən sonra maşınlarına doğru gediblər. Bu zaman maşının qeydiyyat nişanını “Evlənirik” sözü ilə örtən gəlin maşınından 3 adam düşüb.
Onlardan biri əlindəki silahla Aldağa atəş açıb. Ayağından yaralanan Kamil Aldağ yerə yıxılan zaman 3 nəfər onun əlindəki pulu götürərək, maşınları ilə oradan uzaqlaşıblar. Polis verilən məlumat əsasında hadisə yerinə gəlib və yaralını xəstəxanaya aparıb. Hadisə yerini araşdıran polislər daha sonra əməliyyat tədbirlərinə başlayıb.
Oxşar yazılar

"II Qaregini Patriarxatlığı tərk etsin" - Paşinyan
1 iyul 2025 , 12:17
Hindistanda kimyəvi zavadda partlayış: 34 ölən var
1 iyul 2025 , 07:58
Bu uşaq üç ildir yemək yemir
1 iyul 2025 , 05:55
Qazaxıstanda niqab qadağan edildi
1 iyul 2025 , 03:42
İlon Mask yeni siyasi partiya yaratmaq istəyir
1 iyul 2025 , 02:25
157 milyonluq saat, ağlasığmaz dəbdəbə - Kadırovun oğlunun toyuna kimlər gəldi?-VİDEO
30 iyun 2025 , 21:44
İsrail İranda kimi məhv etməli idi – Əli Laricani təfərrüatları AÇIQLADI
30 iyun 2025 , 19:20