Günəşdə yenə geomaqnit qasırğası olub
14 oktyabr 2015 18:55 (UTC +04:00)

Günəşdə yenə geomaqnit qasırğası olub

 

 

Günəşdə yenidən geomaqnit qasırğası baş verib.

Bu barədə APA-ya AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev məlumat verib.

 

Onun sözlərinə görə, budəfəki G1 sinfinə malik geomaqnit qasırğasının səbəbi Günəşdə növbəti nəhəng "tac dəliyi"nin yaranması və “tac dəliyi”ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiridir.

 

“Tac dəlikləri” demək olar ki, açıq maqnit qüvvə xətləri olan sahələrdir, buradan yüklü zərrəciklər Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya yönəlir, maqnitosferlə qarşılıqlı təsirdə olur və onu həyəcanlandırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 358

Oxşar yazılar