İran və "altılıq" arasında saziş qüvvəyə minir
18 oktyabr 2015 04:43 (UTC +04:00)

İran və "altılıq" arasında saziş qüvvəyə minir

 İyulun 14-də Vyanada  İran və “altılıq” ölkələri (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya) arasında İranın nüvə proqramına dair əldə olunmuş saziş bu gün, oktyabrın 18-də, qüvvəyə minir.

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Vyana sazişinə əsasən, sənədin  qüvvəyə mindiyi gün, BMT TŞ-nin 2231 saylı qətnaməsinin qəbulundan 90 gün sonra, 18 oktyabrına müəyyən edilib. Beləliklə, saziş və BMT TŞ-nin müvafiq qətnaməsi ilə nəzərdə tutulmuş tədbirlərin müddəti oktyabrın 18-dən etibarən hesablanmağa başlanır.        

 

Qeyd edək ki, oktyabrın 19-da sənədin icrası ilə bağlı “altılıq” ölkələrinin və İranın birgə komissiyasının birinci iclası keçiriləcək. Sazişə əsasən, bu komissiya daimi mexanizm kimi  təsdiq edilib.  

 

İranın Nüvə enerjisi üzrə təşkilatının sədri Əli Əkbər Salehinin sözlərinə görə, saziş həmin gün  İran və Aİ nümayəndələri tərəfindən ratifikasiya olunacaq. “Aİ və İran nümayəndələri bazar ertəsi Vyanada Birgə tədbirlər planını ratifikasiya etdikdən sonra Avropa İttifaqı oktyabrın 19-da rəsmi olaraq İrana qarşı iqtisadi sanksiyaların ləğv edildiyini elan edəcək”, deyə Salehi qeyd edib.

 

Onun sözlərinə görə, həmin gün ABŞ da İrana qarşı tətbiq etdiyi sanksiyaların bir hissəsini ləğv edəcək, digər hissəsinin isə tətbiqini dayandıracaq.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 310

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23