Rio-de-Janeyroda güclü partlayış: 8 yaralı
20 oktyabr 2015 06:36 (UTC +04:00)

Rio-de-Janeyroda güclü partlayış: 8 yaralı

Braziliyanın Rio-de-Janeyro şəhərində baş verən güclü partlayış onlarla binaya ziyan vurub.

 

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 1-i uşaq olmaqla 8 nəfər xəsarət alıb.

 

İlkin versiyaya əsasən, partlayışa səbəb mağazaların birində qaz sızması olub. Şahidlərin sözlərinə görə, partlayış səsi 6 km məsafədə eşidilib. Hadisə yerində xilasedici əməliyyat davam edir.

 

Qeyd edək ki, sentyabrda Braziliyada baş vermiş ağır yol qəzası nəticəsində 14 nəfər ölmüş, 40 nəfər xəsarət almışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 322

Oxşar yazılar