Suriyadan 4 mln nəfər qaçqın düşüb
18 oktyabr 2015 06:53 (UTC +04:00)

Suriyadan 4 mln nəfər qaçqın düşüb

Suriyada böhran səbəbindən 4 mln nəfər evini tərk etməyə məcbur olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə BMT-nin baş katibi Pan Qi Mun deyib.

 

Onun məlumatına görə, bütün dünya üzrə 60 milyondan çox insan qaçqın var. O əlavə edib ki, indiki miqrasiya böhranı İkinci Dünya Müharibəsindən bu vaxtadək ən böyüyüdür və dünya ictimaiyyəti üçün ciddi çağırışdır.  

 

Pan Qi Mun qeyd edib ki, qaçqın axınından ən çox əziyyət çəkən İordaniya, Türkiyə, Livan və İraqdır. Suriyanın özündə 8 milyondan çox insan təcili humanitar yardıma ehtiyacı var.

 

“Livanın əhalisinin 25 faizini suriyalı qaçqınlar təşkil edir. İki milyon suriyalı qaçqın Türkiyəyə, 1,5 mln – İordaniyaya, 300 mini – İraqa və müəyyən sayda - Şimali Afrikaya, Misirə pənah gətirib”, deyə baş katib qeyd edib.

 

Son məlumata görə, 2015-ci ilin 9 ayı ərzində Aİ ölkələrinə 710 mindən çox miqrant gəlib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 332

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23