Ukraynada itkin düşən azərbaycanlının meyiti Rusiyada tapılıb
16 oktyabr 2015 18:47 (UTC +04:00)

Ukraynada itkin düşən azərbaycanlının meyiti Rusiyada tapılıb

Ukraynanın Luqansk vilayətində 2014-cü il iyulun 30-da itkin düşən azərbaycanlı iş adamları İkram Ədilov və Cahangir Əliyevin öldürüldüyü məlum olub.

 

İ. Əbilovun qardaşı Ramiz Əbilov APA-ya bildirib ki, Luqansk vilayətinin Ukraynanın nəzarətində olan hissəsində cinayət əməllərində şübhəli bilinən və ələ keçirilən cinayətkar qrupun iki üzvü dindirmə zamanı azərbaycanlı iş adamlarını öldürdüklərini etiraf edib.

 

Saxlanılan Ukrayna vətəndaşı Yuri Vladimiroviç Plitenko və Aleksandr Anatolyeviç Solovyev azərbaycanlı iş adamlarının necə öldürdüklərini də açıqlayıblar.

Qatillər bildiriblər ki, Rusiyadan biznes səfərindən qayıdan azərbaycanlı iş adamlarının üzərində xeyli pul olması barədə məlumat alıblar. Onların qarşılarını kəsərək öldürüb, meyitlərini isə çaya atıblar. Üç gün sonra - avqustun 2-də azərbaycanlı iş adamlarının meyitləri Rusiyanın Rostov vilayətinin Kamensk-Şaxtinski rayonu ərazisində çayda tapılıb.

 

Meyitlər milis tərəfindən aktlaşdırılma aparılaraq torpağa basdırılıb.

 

Saxlanılan şəxslərin daxil olduğu dəstənin Vlad adlı rəhbəri isə hazırda axtarışdadır.

 

Azərbaycanlı iş adamlarının öldürüldüyü və Rostov vilayətində basdırıldığı barədə bu yaxınlarda məlumat aldıqlarını deyən R. Əbilov bildirib ki, onların meyitlərinin çıxarılaraq Azərbaycana gətirilməsində problem yaranıb: “Son cavab olaraq bizə bildirirlər ki, yaxınlarımızın meyitlərinin bizə verilməsi azı bir ay çəkəcək. Amma bu da dəqiq deyil”.

 

Qeyd edək ki, hər iki iş adamı 2014-cü il iyulun 30-da biznesləri ilə əlaqədar Ukraynanın Rusiya ilə həmsərhəd Krasnodon şəhərinə gedib, həmin ərazi bombardmana düşdükdən sonra onlarla əlaqə itib. Ukrayna vətəndaşları olan, 1964-cü il təvəllüdlü Cahangir Əliyev Azərbaycanın Astara, 1974-cü il təvəllüdlü İkram Ədilov isə Tərtər rayonundandır.

 

Azərbaycanın Ukraynadakı səfirliyi ötən ayın sonunda onlarla bağlı BQXK və Ukrayna Xarici İşlər Nazirliyinə rəsmi müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 323

Oxşar yazılar

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi

Şahin Şıxlinski axtarışa verildi

17 iyul 2025 , 21:09