Yaponiyada güclü zəlzələ:  6 nəfər xəsarət aldı
21 aprel 2026 05:17 (UTC +04:00)

Yaponiyada güclü zəlzələ: 6 nəfər xəsarət aldı

0

Yaponiyanın şimal-şərq sahilləri yaxınlığında baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində azı 6 nəfər xəsarət alıb.

Lent.az-ın “Kyodo”ya istinadən yaydığı məlumata əsasən, zəlzələ Sakit okeanda, Tohoku regionunun şərqində qeydə alınıb.

Hadisədən sonra İvate, Aomori, Miyagi prefekturaları və Hokkaydo adasının cənubu üçün hündürlüyü 3 metrədək olan sunami təhlükəsi elan edilib.

Sahilə çatan dalğaların hündürlüyü isə 80 sm-ə qədər olub.

Zəlzələdən sonra maqnitudası 5,4-ə çatan 9 afterşok qeydə alınıb.

Seysmoloqlar yaxın bir həftə ərzində təkrar yeraltı təkanların baş vermə ehtimalının yüksək olduğunu bildirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar