Yunanıstandan möhtəşəm dəstək: “Hamımız türkük”  - VİDEO
08 fevral 2023 14:49 (UTC +04:00)

Yunanıstandan möhtəşəm dəstək: “Hamımız türkük” - VİDEO

Fransanın “Charlie Hebdo” jurnalının dünən yayımladığı qalmaqallı karikaturadan sonra Yunanıstan Türkiyəyə təsirli dəstək göstərib.

Lent.az xəbər verir ki, bu gün Yunanıstanın “Kathimerini” qəzeti Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsini yad edərək, türk xalqının yanında olduqları mesajını verib. Həmçinin, yazıda “Hamımız türkük” ifadələri də istifadə edilib.

Digər tərəfdən Yunanıstan Dövlət Televiziya kanalı “ERT” səhər xəbərlərini “Ben Seni Sevduğumi” mahnısı ilə başlayıb.

# 1989
avatar

Sevinc Fərid

Oxşar yazılar