Bakıda DƏHŞƏT:  Kişi 3 uşağını və arvadını ölümlə HƏDƏLƏYİR  - YENİLƏNİB
16 oktyabr 2026 12:16 (UTC +04:00)

Bakıda DƏHŞƏT: Kişi 3 uşağını və arvadını ölümlə HƏDƏLƏYİR - YENİLƏNİB

0

"Məişət zorakılığından zərər çəkmiş xanım və onun övladları Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən aşkarlanaraq hüquq-mühafizə orqanlarına məlumat verilib".

Sosial Xidmətlər Agentliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məişət zorakılığı faktı təsdiqləndikdən sonra ailə üzvləri təcili sosial xidmətlərlə təmin olunmaları məqsədilə Agentliyin müvafiq müəssisəsinə yerləşdiriliblər.

Qeyd olunub ki, vətəndaş həyat yoldaşından boşandığını, lakin onunla birgə mülkiyyətləri olan evdə yaşamağa davam etdiyini, həmçinin özünün və övladlarının mütəmadi olaraq fiziki və psixoloji zorakılığa məruz qaldığını bildirib.

Bir müddət sonra isə onlar müəssisəni tərk etmək istədiklərini qeyd ediblər və Agentliyin əməkdaşlarının müşayiəti ilə yaşayış evlərinə yola salınıblar.

***

15 oktyabr, saat 16:21

İyirmi bir il ərzində ana və üç övladının məişət zorakılığına məruz qalması və ölümlə hədələnməsi barədə məlumat yayılıb.

Lent.az sosial şəbəkədə yayılan məlumata istinadən xəbər verir ki, ailə üzvü müraciət edərək 21 ildir ailədə ata tərəfindən zorakılıq törədildiyini bildirib.

Paylaşımda iddia olunur ki, E.A. adlı şəxs hazırda polis bölməsində saxlanılır.

Ailənin bildirdiyinə görə, həmin şəxs sərbəst buraxılacağı təqdirdə bütün ailə üzvlərini öldürəcəyi ilə hədələyib. 

Məlumata əsasən, yaşadıqları ev E.A.-nın adınadır və ana ilə üç övladının gedəcək başqa yeri yoxdur.

Polis tərəfindən zəruri sənədlər təqdim olunsa da, ailənin sığınacaqla təmin edilmədiyi iddia olunur.

Buna səbəb kimi övladlardan birinin 19 yaşlı, autizmli kişi olması göstərilir.

Ailə Qadın və Uşaq Komitəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan məsələ ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb və məsələ nəzarətə götürülüb:

"Hazırda Daxili İşlər Nazirliyi, Sosial Xidmətlər Agentliyi və yerli icra hakimiyyəti tərəfindən ailənin vəziyyəti diqqətdə saxlanılır, zorakılıq törətməkdə şübhəli bilinən şəxslə bağlı müvafiq tədbirlər görülür. 

Ailənin təhlükəsizliyinin və zəruri sosial dəstəyin təmin edilməsi istiqamətində aidiyyəti qurumlarla əlaqələndirilmiş iş aparılır". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1580

Oxşar yazılar