Zelenski Ukraynanın müdafiə nazirini DƏYİŞİR
03 yanvar 2026 00:32 (UTC +04:00)

Zelenski Ukraynanın müdafiə nazirini DƏYİŞİR

0

Ukrayna prezidenti Volodimir Zelenski ölkənin rəqəmsal transformasiya naziri Mixail Fyodorova müdafiə naziri vəzifəsini tutmağı təklif etdiyini açıqlayıb.

Lent.az xəbər verir ki, bu barədə Zelenski özünün "Telegram" kanalında yayımladığı videomüraciətində bildirib.

Prezident qeyd edib ki, Ukraynanın Müdafiə Nazirliyinin fəaliyyət formatını dəyişmək qərarına gəlib və yeni müdafiə naziri postuna Mixail Fyodorovu namizəd göstərib.

Zelenski hazırkı müdafiə naziri Denis Şmıhalın “Ukrayna komandasının üzvü olaraq qalacağını” bildirib və ona gördüyü işlərə görə təşəkkür edib.

Prezidentin sözlərinə görə, Denis Şmıhala dövlət idarəçiliyində ölkənin dayanıqlığı baxımından az əhəmiyyət daşımayan başqa bir sahəyə rəhbərlik etməyi təklif edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar