Zelenskiyə  sui-qəsd   hazırlığının qarşısı alındı
18 aprel 2024 21:29 (UTC +04:00)

Zelenskiyə sui-qəsd hazırlığının qarşısı alındı

Polşada Ukrayna xüsusi xidmət orqanlarının köməyi ilə prezident Vladimir Zelenskiyə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb.

“Vladimir Zelenskiyə sui-qəsd cəhdinə dair təklif irəli sürən agent ifşa olunub”, - məlumatda deyilir.

Ukrayna Təhlükəsizlik Xidməti-nin məlumatına görə, onun planı Polşanın Rzeşov-Yasionka hava limanının təhlükəsizliyi ilə bağlı məlumatları toplamaq, Rusiyaya ötürmək olub. Bildirilib ki, güya burada Ukrayna liderinin ölkəyə səfəri zamanı ona sui-qəsd planı cızılıb.

# 1950
avatar

Oxşar yazılar