Zorlanan 12 yaşlı qız doğuş zamanı öldü
19 iyul 2025 17:24 (UTC +04:00)

Zorlanan 12 yaşlı qız doğuş zamanı öldü

Braziliyada 22 yaşlı gənc tərəfindən zorlanan 12 yaşlı qız doğuş zamanı dünyasını dəyişib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, məktəbli qız bədənində baş verən dəyişiklikləri dərk etmədən hamiləliyini bir neçə həftə valideynlərindən gizlədib. Ona hamiləlik dövründə lazımi tibbi yardım göstərilmədiyi də bildirilir.

Hamiləliyin 32-ci həftəsində qız qarnındakı şiddətli sancılar səbəbindən təcili olaraq Belo Horizontedəki Ana və Uşaq Mərkəzinə yerləşdirilib. O, keysəriyyə əməliyyatı zamanı beyin qanamasından dünyasını dəyişib.

Mərhumun dayısı bildirib ki, təcavüz edən şəxs yetkin bir kişi olub, şəxsiyyəti müəyyən edilib.

Polis qızın ölümünün hansı şəraitdə baş verdiyini araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 742

Oxşar yazılar