
Toydan qayıdan ailənin faciəsi: 1 ölü, 5 yaralı
Noyabrın 14-nə keçən gecə Bakı-Quba yolunda ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, yolun Xızı rayonu ərazisinə düşən hissəsində 1986-cı il təvəllüdlü Aftandil Qurbanovun idarə etdiyi “VAZ 2105” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü də daxil olmaqla 5 nəfər ağır xəsarət alıb. Digər sərnişin 15 yaşlı Elvin Qurbanov isə hadisə yerindəcə keçinib. Yaralılardan 3-ü qadındır.
Lent.az-a verilən digər məlumata görə, qəzaya uğrayan avtomobildə olan 6 nəfər bir ailənin üzvləri və yaxın qohumlardır. Onlar toy mərasimindən qayıdırmış.
Faktla əlaqədar BDYPİ-nin İstintaq şöbəsində cinayət işi başlanılıb.
Nizam RZA
Lent.az-a verilən digər məlumata görə, qəzaya uğrayan avtomobildə olan 6 nəfər bir ailənin üzvləri və yaxın qohumlardır. Onlar toy mərasimindən qayıdırmış.
Faktla əlaqədar BDYPİ-nin İstintaq şöbəsində cinayət işi başlanılıb.
Nizam RZA
Oxşar yazılar

"Razin"dəki "Akkord" binalarında NÖVBƏTİ FACİƏ: qadın 10-cu mərtəbədən yıxılıb öldü
14 avqust 2025 , 15:12
Həbsxanadakı ərinə narkotik aparırdı - Qarşısı alındı
14 avqust 2025 , 14:48
Marketdən külli miqdarda lotereya bileti oğurlandı
14 avqust 2025 , 13:29
Lənkəranda uşağı maşın vurdu
14 avqust 2025 , 13:22
Rusiyada zavod azərbaycanlılara görə BAĞLANDI
14 avqust 2025 , 13:00
Bakıda narkotacir qardaşlar tutuldu
14 avqust 2025 , 12:16
"Avtoş"luq edən daha bir motosiklet sürücüsü həbs edildi
14 avqust 2025 , 11:15