Bakıda ölümcül hala salınan qadın keçmiş nazirlik əməkdaşı imiş – YENİLƏNİB
Noyabrın 20-nə keçən gecə Bakı şəhərinin Səbail rayonu ərazisində evinə basqın edilən qadın keçmiş nazirlik əməkdaşı imiş. Lent.az-ın əldə etdiyi məlumata görə, Zərgər Palan küçəsi ev 5, mənzil 40 ünvanında naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalmış 76 yaşlı Aliyə Məmmədzadə uzun illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışıb. O, nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Xidmətində baş mühasibə vəzifəsini icra edib, bir müddət əvvəl isə təqaüdə çıxıb.
Səbail rayon Polis İdarəsindən bildirilib ki, hazırda fakt əsasında müvafiq araşdırmalar aparılır.
*******
12:38
Noyabrın 20-nə keçən gecə Bakı şəhərinin Səbail rayonu ərazisində quldurluq hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, naməlum şəxs və ya şəxslər ev sahibinin evdə olmadığını düşünərək Zərgər Palan küçəsi ev 5, mənzil 40 ünvanına daxil olublar.
Bu zaman həmin şəxslərin qarşısına ev sahibəsi 76 yaşlı Aliyə Məmmdzadə çıxıb. Təşvişə düşən quldurlar qadına bıçaq və küt alətlə çoxsaylı zərbələr endirərək qaçıblar.
76 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hazırda mənzilə soxulan şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır. Araşdırmalar davam etdirilir.
Nizam RZA

Oxşar yazılar

Nəsimi rayonunda yanğın - VİDEO
7 may 2025 , 21:40
Sabirabadda kişi küçədə özünü asdı
7 may 2025 , 19:33
Şəhər Polis İdarəsinin rəisinə cinayət işi açıldı
7 may 2025 , 18:52
Gədəbəydə 86 yaşlı kişinin asılmış meyiti tapıldı
7 may 2025 , 18:39
“Qalatasaray”ın keçmiş futbolçusu həbs edilib? - VİDEO
7 may 2025 , 18:12
Cəlilabadda FACİƏ: məktəbli qızı maşın vurub öldürdü
7 may 2025 , 17:50
Ər-arvad evdə yanıb öldülər
7 may 2025 , 17:28