DİN 55 min manatlıq dələduzluqla bağlı məlumat yaydı
20 noyabr 2012 15:57 (UTC +04:00)

DİN 55 min manatlıq dələduzluqla bağlı məlumat yaydı

0
Daxili İşlər Nazirliyi külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq faktı ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2008-2012-ci illər ərzində, Bakı şəhər sakini Natiq Məmmədovun dələduzluq yolu ilə Laləzar Ağayevadan 13850 manat, Pəri Məmmədovadan 5000 manat, Sevinc Aslanovadan 5000 manat, Şakir Məhərrəmovdan 5400 manat, Hüsaməddin Mustafayevdən 1000 manat, Ramil Hüseynovdan 2000 manat, Leyla Abdullayevadan 17175 manat, Ağasəfər Dəmirovdan 2000 manat, Əşrəf Mikayılovdan 3000 manat pul alması müəyyən edilib.

Ümumilikdə vətəndaşlara 55 min manata yaxın ziyan vurulub.

N.Məmmədovun ətrafında araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1658

Oxşar yazılar