Moskvada özünü yandıran qadını əri döyürmüş – TƏFƏRRÜAT - YENİLƏNİB - VİDEO
“Həmin qadının özünün yandırmasının məktəbə heç bir aidiyyatı yoxdur. Onun uşaqları bizim məktəbdə oxuyur. Yəni bu intiharın məktəblə heç bir əlaqəsi ola bilməz. Amma danışırlar ki, onun həyat yoldaşı ilə münasibətləri gərgin olub. Onu hər gün döyürmüş. Elə məktəbə gələndə də sifətində göyərti olub. Bir sözlə bu məsələnin bizim məktəbə heç bir aidiyyatı yoxdur”.
Bu sözləri Lent.az-ın müxbiri ilə söhbətində Moskvadakı 1213 saylı məktəbin direktoru Siliverstova Anna Yevgeniyevna bildirib. Anna Yevgeniyevnanın dediyinə görə, hazırda istintaq gedir və onun əlavə nəsə danışmağa ixtiyarı yoxdur.
****
21 Noyabr 2012 17:08
Moskvada 33 yaşlı azərbaycanlı qadın özünü yandırıb. Lent.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Vüsalə D. adlı qadın 1213 saylı məktəbdə intihar edərək özünü öldürüb.
Məlumata görə, qadını üç oğlu olub. Həmin məktəbdə onun İslam və Kənan adlı iki uşağı təhsil alırmış. Azərbaycanlı qadın məktəbə 4 yaşlı oğlu Vüsalla gəlib.
Qadının əlində içi benzinlə dolu bidon olub. Məktəbdən azca aralı qəfil benzini üstünə tökərək od vurub. Hadisənin şahidlərini dediyinə görə, qadını xilas etmək bəlkə də mümkün olarmış. Amma alov o qədər güclü olub ki, yaxınlaşmağa heç kim cürət etməyib. Qadın aldığı ağır yanıq xəsarətindən dünyasını dəyişib.
Məktəbin yerləşdiyi Timiryazevski rayon Polis İdarəsindən isə Lent.az-a bildirdilər ki, faktla bağlı hadisənin şahidləri dindirilir, araşdırma aparılır.
Səbuhi Məmmədli

Oxşar yazılar

Şəmkirdə yeniyetmə oğlan 5-ci mərtəbədən yıxıldı
17 iyun 2025 , 19:49
Vəkil tanışını öldürüb sobada yandırdı
17 iyun 2025 , 19:46
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə verib
17 iyun 2025 , 19:16
Qeysəriyyə əməliyyatı zamanı qadınları zorlayan həkimə hökm oxundu
17 iyun 2025 , 19:07
“Gazanc Tiktok” saxlanıldı - POLİS ŞİKAYƏTÇİLƏRİ AXTARIR
17 iyun 2025 , 17:43
Bu rayonlara yeni prokurorlar TƏYİN EDİLDİ
17 iyun 2025 , 17:00
Daha bir tiktoker həbsdən buraxıldı
17 iyun 2025 , 15:05