Hamamda güclü partlayış: ölən var
22 noyabr 2012 10:12 (UTC +04:00)

Hamamda güclü partlayış: ölən var

0
Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Ağsu şəhərinin Natəvan küçəsində 1970-ci il təvəllüdlü Nuriyev Elşən Paşa oğlu hamamda olarkən güclü partlayış baş verib. 42 yaşlı kişi ağır vəziyyətdə Bakıya, 5 saylı şəhər xəstəxanasına çatdırılıb. Lakin həkimlər E.Nuriyevin həyatını xilas edə bilməyib.

Hadisənin qaz sızmasından baş verdiyi bildirilir. Fakt üzrə araşdırmalar aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2405

Oxşar yazılar