Dünya bu gün
23 noyabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

1852. İngiltərədə ilk dəfə poçt qutuları quraşdırılıb

1919. Azərbaycan və Ermənistan hökumətlərinin rəhbərləri Tiflisdə görüşüb. Onlar bütün ziddiyyətli məsələləri sülh konfransında həll etməyi qərara alıb. Görüşdən sonra Azərbaycan ordusu Zəngəzurdan geri çağırılıb

1921. ABŞ-da xəstələrə dərman olaraq pivə içirtmək qadağan edilib

1923. Almaniyada Kommunist Partiyası qadağan edilib

1929. Ümumittifaq Kommunist Partiyası Zaqafqaziya ölkə Komitəsi kollektivləşməni sürətləndirmək barədə qərar verib.

1935. Sovet kosmonavtı Vladimir Volkov anadan olub

1936. ABŞ-da ilk dəfə neon lampası sınaqdan keçirilib

1946 . Şah qoşunu Təbrizdə fədailər üzərinə hücuma keçib

1948. Bəstəkar Üzeyir Hacıbəyov vəfat edib

1957. Sovet dissidenti Boris Pasternakın “Doktor Jivaqo” romanı İtaliyada nəşr edilib. Bir il sonra roman Nobel mükafatına layiq görülüb. Yazıçının öz vətənində isə roman 1988-də nəşr olunub

1980. İtaliyada zəlzələ 5000-ə qədər insanın həyatına son qoyub

1982. Heydər Əliyev Sov. İKP MK siyasi Bürosunun üzvü seçilməklə, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib

1987. BMT İkinci Dünya müharibəsi canilərinə dair sənədlərin üzərindən məxfilik qrifini götürüb. Bununla da, tarixçilər zəngin mənbə ediblər

1993. Azərbaycan Respublikası Slovakiya ilə diplomatik əlaqələr qurub

1994. Azərbaycan Respublikası Nikaraqua ilə diplomatik əlaqələr qurub

1996. Terrorçular Efiopiya Hava Yollarına məxsus təyyarəni qaçırıb. Lakin yanacağı qurtaran təyyarənin Hind okeanına düşməsi nəticəsində 123 nəfər həlak olub

2003. Seçiləndən 3 həftə sonra Gürcüstan Prezidenti Eduard Şevardnadze müxalifət liderləri ilə növbəti danışıqlardan sonra istefa verib. Bu tarix Gürcüstanda “Məxməri inqilab”ın ildönümü kimi qeyd edilir

2008. Roma papası 16-cı Benedikt Vatikandakı Müqəddəs Pyotr meydanında Ukrayna və SSRİ-nin digər rayonlarında aclıqdan ölənlərin ruhuna dua edib. Bu tarix Ukraynada “Qolodomor” qurbanlarının anım günü kimi qeyd edilir

2011. Publisist Rafiq Tağı vəfat edib.

Günün aforizmi

“Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir. Çünki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir, xalq eyni zamanda misilsiz tənqidçi və musiqi əsərlərinin ən yaxşı “istehlakçısıdır”, xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.”

Üzeyir Hacıbəyov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1104

Oxşar yazılar

Sumqayıtda çoxmərtəbəli binada yanğın-  Xəsarət alan var -VİDEO

Sumqayıtda çoxmərtəbəli binada yanğın- Xəsarət alan var-VİDEO

3 avqust 2025 , 15:21
Şəmkirdə 52 yaşlı qadını ilan sancdı

Şəmkirdə 52 yaşlı qadını ilan sancdı

3 avqust 2025 , 12:39
Şəmkirdə çay evi yandı

Şəmkirdə çay evi yandı

3 avqust 2025 , 08:30
Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü

Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü

2 avqust 2025 , 21:22
Astarada tur rəhbəri dağda yıxılıb öldü

Astarada tur rəhbəri dağda yıxılıb öldü

2 avqust 2025 , 21:16
Evə eyvandan girib boşanmaq istəyən arvadını  öldürdü

Evə eyvandan girib boşanmaq istəyən arvadını öldürdü

2 avqust 2025 , 19:33
Jurnalistə qarşı  dələduzluqla bağlı   məhkəmədən QƏRAR

Jurnalistə qarşı dələduzluqla bağlı məhkəmədən QƏRAR

2 avqust 2025 , 18:49
Kür çayında yeniyetmə boğuldu

Kür çayında yeniyetmə boğuldu

2 avqust 2025 , 18:42