«Krtsanisi»dəki partlayışda həlak olan azərbaycanlı əsgər bu gün dəfn olunacaq
Noyabrın 23-də Tiflis yaxınlığındakı Gürcüstan Silahlı Qüvvələrinin Krtsanisi Təlim Mərkəzində baş verən partlayışda həlak olan azərbaycanlı əsgər Məhəmməd Quliyevin cənazəsi ailəsinə təhvil verilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, həlak olan Gürcüstan Silahlı Qüvvələrinin əsgəri Məhəmməd Quliyevin cənazəsi sabah Marneuli rayonunun Gorarxı kəndində torpağa tapşırılacaq. Məlumata görə, yas mərasiminə Gürcüstan Müdafiə Nazirliyinin rəsmiləri də qatılacaq. Qeyd edək ki, bu gün faktla bağlı Müdafiə Nazirliyi əsgərin ailəsinə başsağlığı verib.
Xatırladaq ki, əsgər Məhəmməd İsmayıl oğlu Quliyev bu ilin avqust ayında Marneuli Hərbi Komissarlıq tərəfindən əsgəri xidmətə çağırılıb və bu gün o, poliqonda dolaşarkən hərbi sursat aşkarlayıb və onu özbaşına sökməyə çalışarkən partlayış nəticəsində həlak olub. Məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır. M. Quliyevin dəqiq ölüm səbəbini istintaq müəyyən edəcək.

Oxşar yazılar

Şəmkirdə 52 yaşlı qadını ilan sancdı
3 avqust 2025 , 12:39
Şəmkirdə çay evi yandı
3 avqust 2025 , 08:30
Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü
2 avqust 2025 , 21:22
Astarada tur rəhbəri dağda yıxılıb öldü
2 avqust 2025 , 21:16
Evə eyvandan girib boşanmaq istəyən arvadını öldürdü
2 avqust 2025 , 19:33
Jurnalistə qarşı dələduzluqla bağlı məhkəmədən QƏRAR
2 avqust 2025 , 18:49
Kür çayında yeniyetmə boğuldu
2 avqust 2025 , 18:42