Xəzərdə  faciə: 4 balıqçı itkin düşdü, birinin  meyiti tapıldı
25 noyabr 2012 14:01 (UTC +04:00)

Xəzərdə faciə: 4 balıqçı itkin düşdü, birinin meyiti tapıldı

0
Xəzər dənizinin Xaçmaz rayonu ərazisində 4 balıqçının olduğu qayıq batıb. APA-nın şimal bürosunun məlumatına görə, ötən gün axşam saatlarında balıqçılardan heç bir xəbər çıxmadığına görə onların axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri və helikopter cəlb edilib.

Batan balıqçılar - Siyəzən rayonu Yenikənd qəsəbə sakinləri, 1981-ci il təvəllüdlü Əkbərov Vüsal Fəxrəddin oğlu, 1991-ci il təvəllüdlü Əkbərov Əkbər Fəxrəddin oğlu, 1982-ci il təvəllüdlü Səlimov Rəsul Zakir oğlu və Xaçmaz rayonu Müqtədir qəsəbə sakini 1987-ci il təvəllüdlü İlyasov Seymur Arif oğlu axtarışına başlanıb. Onlardan Əkbərov Vüsal Fəxrəddin oğlunun meyiti tapılıb. Dalğalar balıqçıların qayığını da sahilə çıxarıb.

Digər 3 balıqçının axtarışları davam etdirilir.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Məlumatda bildirilir ki, hazırda 3 balıqçının axtarışları davam etdirilir.
Axtarışa Fövqəladə Hallar Nazirliyinin 1 ədəd helikopteri də cəlb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3165

Oxşar yazılar