Londondan Bakıya gələn iş adamı oteldə öldü
26 noyabr 2012 10:44 (UTC +04:00)

Londondan Bakıya gələn iş adamı oteldə öldü

0
Bakıda oteldə qalan xarici ölkə vətəndaşının meyiti tapılıb. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, “Austin” otelinin 109-cu nömrəsində Böyük Britaniya vətəndaşı, 1940-cı il təvəllüdlü Mark Cons Mayklın meyiti tapılıb.

Məlumata görə, Mark Cons yaxılıqda, yəni, Azərbaycan prospektində yerləşən “İncotek” şirkəti ilə əməkdaşlıq edirmiş. O, bir neçə gün əvvəl Londondan Bakıya gəlib. Hazırda ölümün səbəbləri araşdırılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4355

Oxşar yazılar