Barlarda tanış olduğu əcnəbi kişiləri soyan qadın ələ keçdi - TƏFƏRRÜAT
26 noyabr 2012 12:30 (UTC +04:00)

Barlarda tanış olduğu əcnəbi kişiləri soyan qadın ələ keçdi - TƏFƏRRÜAT

0
Bakıda gecə klublarında xarici ölkə vətəndaşları ilə tanış olaraq sonradan onları soyan qadın tutulub. Lent.az-ın məlumatına görə, Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 13-də İsveç vətəndaşı Par Ol Mars Svenin mənzilindən 2100 dollar və 1 ədəd kredit kartını oğurlamış Bakı şəhər sakini E.N tutulub.

Məlumata görə, E.N bundan əvvəl dəfələrlə əcnəbi ölkə vətəndaşları ilə tanış olub, onları soyub. O, keçən il paytaxt ərazisində Şotlandiya vətəndaşını qarət edib. E.N Nəsimi rayonu, S.Vurğun küçəsində yaşayan Şotlandiya vətəndaşı Qrek Makaltininin mənzilindən noutbuk oğurlayıb. E.N 2008-ci il martın 16-da isə Yasamal rayonundakı T.Şahbazi küçəsində yaşayan Norveç Krallığının vətəndaşı Eikeskoq Arvenin mənzilindən oğurluq edib. O, bir müddət əvvəl tanış olduğu E.Arvenin mənzilindən 350 manat, mobil telefon və qızıl əşyalar oğurlayıb.

Qeyd edək ki, E.N 27 yaşı var. O, hər dəfə azyaşlı uşağından istifadə edərək həbsdən yaxa qurtara bilir və yüngül cəza alır.

Onu da qeyd edək ki, E.N İsveç vətəndaşı Par Ol Mars Svenlə barda tanış olub və daha sonra onun kirayə yaşadığı mənzilə gedib. Burada o, isveçlini içirdikdən sonra evi soyaraq aradan çıxıb.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5974

Oxşar yazılar