Bakıda skeleti tapılmış şəxsin kimliyi müəyyənləşdi
28 noyabr 2012 10:31 (UTC +04:00)

Bakıda skeleti tapılmış şəxsin kimliyi müəyyənləşdi

0
Noyabrın 27-də Bakı şəhərinin Yasamal rayonunda mənzillərdən birində tapılmış insan skeletinin kimliyi müəyyənləşib. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Dadaş Bünyadzadə küçəsi, 251, mənzil 12-dən tapılan meyiti çürüyən şəxsin 1967-ci il təvəllüdlü Yusubov İqor Səlimoviç olduğu məlum olub.

Məlumata görə, həmin şəxs təxminən 4-5 ay əvvəl ölüb. Meyit şişdikdən sonra partlayıb və qalıqlar dağılaraq çürüyüb.

Faktla əlaqədar araşdırmalar davam etdirilir.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5714

Oxşar yazılar