Sabirabadda böyük təhlükə: evlər və kollec boşaldıldı
Sabirabad rayon mərkəzindəki maye qaz yanacaq doldurma məntəqəsində qaz daşıyan iritonnajlı avtomobilin aşması nəticəsində ərazidə fövqəladə vəziyyət yaranıb. Lent.az-ın məlumatına görə, hadisə noyabrın 28-nə keçən gecə baş verib.
Məlumata görə, qazla dolu maşının aşmasına görə, ətrafda yaşayan insanlar təhlükəsiz yerə köçürülüb. Bundan başqa maşın Sabirabad şəhərini qazla təchiz edən qaz xəttinin bir neçə metrliyinə aşdığından şəhərə qaz verilməsi dayandırılıb.
Başqa bir məlumata görə, yanacaq doldurma məntəqəsinin ərazisi əvvəllər Sabirabad Sosial İqtisad Kollecinin balansında olub. Sonra isə orda məntəqə tikilib. Baş verən hadisədən sonra kollecdə dərslər də dayandırılıb.
Sabirabad rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, propanla dolu yük avtomobili yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı su kanalına aşıb. Təhlükəsizlik məqsədi ilə ətrafdakı evlər və kollec binası boşaldılıb. Hazırda məntəqə rəhbərliyi Bakıdan gələcək böyük yükgötürmə qabiliyyətinə malik kranı gözləyir.
Ərazidə FHN-in yerli bölməsi keşik çəkir.
Səbuhi,
Nizam

Oxşar yazılar

SƏS YAZISI YAYILDI, direktor işdən çıxarıldı
4 avqust 2025 , 21:57
Bakıda itkin düşən 20 yaşlı qadın tapıldı-YENİLƏNİB
4 avqust 2025 , 21:34
Bakıda köşklərdən oğurluq edənlər saxlanıldı
4 avqust 2025 , 20:45
Şamaxıda FACİƏ: ailəsi gənc oğlanın meyitini tapdı
4 avqust 2025 , 19:46
Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində həbs qərarı verildi
4 avqust 2025 , 19:36
Bakıda 53 yaşlı qadın evində ölü tapıldı
4 avqust 2025 , 18:56
Qəbələdə əcnəbi turistlər qəzaya düşdü, yaralılar var
4 avqust 2025 , 18:48