Çayxanada qohumunu öldürmək istədi
28 noyabr 2012 12:33 (UTC +04:00)

Çayxanada qohumunu öldürmək istədi

0
Noyabrın 27-də Ağcabədi şəhəri ərazisində bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Xanlar Səfərəliyev keçəsində yerləşən çayxanadan 1991-ci il təvəllüdlü Hüseynov Elmin Həmzə oğlu çoxsaylı bıçaq xəsarəti ilə mərkəzi xəstəxanaya yerləşdirilib. Əməliyyat tədbirləri nəticəsində 21 yaşlı oğlana döş, qarın nahiyələrindən zərbələr endirmiş 1990-cı il təvəllüdlü Hüseynov Orxan Eldəniz oğlu tutulub. O bildirib ki, hadisəni münaqişə zəminində törədib.

Məlumata görə, hər iki şəxs qeyd olunan küçədə yaşayır və qohumdur.

Hazırda hadisənin səbəbləri araşdırılır. Fakt üzrə Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanılıb.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1237

Oxşar yazılar