İsmayıllıda yoxa çıxmış 75 yaşlı kişi axtarılır - FOTO
28 noyabr 2012 16:04 (UTC +04:00)

İsmayıllıda yoxa çıxmış 75 yaşlı kişi axtarılır - FOTO

0
Bir müddət əvvəl İsmayıllı rayonunda itkin düşmüş şəxsin axtarışları davam etdirilir. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, rayonun Qıçatan kəndində yaşayan Cavadov Cavad Əmirşah oğlu noyabrın 14-də ərizə ilə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan, 26.03.1937-ci il təvəllüdlü atası Cavadov Əmirşah Saday oğlu 02.09.2012-ci il tarixdə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Əmirşah Cavadovun xarakterik əlamətləri aşağıdakılardır: Boyu 1 metr 60 santimetr, gözlərinin rəngi qəhvəyi, saçları ağ rənglidir. Ə.Cavadov evdən çıxan zaman əynində göy rəngli uzunqol köynək, qara rəngli şalvar və qara rəngli ayaqqabı olmuşdur.

Əmirşah Cavadovu görənlərdən və ya itkin düşmüş bu şəxs haqqında hər hansı məlumatı olanlardan (0178) 5-11-89, 5-55-11 nömrəli telefonlara zəng vuraraq bu barədə İsmayıllı RPŞ-nin Növbətçi hissəsinə xəbər vermələri xahiş olunur.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1202

Oxşar yazılar