Xaçmazda su kanalından kişi meyiti tapılıb
30 noyabr 2012 00:48 (UTC +04:00)

Xaçmazda su kanalından kişi meyiti tapılıb

0
Xaçmaz rayonunun Ukuroba kəndi ərazisində su kanalında kişi meyiti tapılıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, cəsəd, 10 gün öncə itkin düşmüş Xaçmaz rayon sakini 64 yaşlı Qurban Pulatovdur.

Xaçmaz Rayon Polis Şöbəsindən verilən məlumata görə, Qurban Pulatov noyabrın 19-da itkin düşüb. Ölümündən öncə məhrumun müxtəlif yerlərdə fəhlə kimi çalışdığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1231

Oxşar yazılar