Yeni ildən «CNN»-i yeni prezident idarə edəcək
30 noyabr 2012 07:02 (UTC +04:00)

Yeni ildən «CNN»-i yeni prezident idarə edəcək

0
2013-cü il yanvarın 1-dən ABŞ-ın tanınmış «CNN» telekanalının yeni prezidenti Ceff Suker olacaq.

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, o, əvvəllər başqa bir məşhur telekanalın – «NBC Universal»-a başçılıq edib.

Bu il iyulun sonunda indiki prezident Cim Uoltonun vəzifədən gedəcəyinə dair xəbər yayılmışdı. O, 2003-cü ildən bu vəzifədədir.

Şirkətin başına yeni şəxsin gətirilməsi TV-nin media bazarında reytinqini itirməsi ilə əlaqələndirilir. Məlumata əsasən rəqabətdə o, «Fox News» və «MSNBC»-yə uduzub. Son 21 ildə «CNN»-ə baxanların sayı 35 faiz azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 674

Oxşar yazılar