Bakıda evdən qovulan kişi küçədə öldü
30 noyabr 2012 10:22 (UTC +04:00)

Bakıda evdən qovulan kişi küçədə öldü

0
Noyabrın 29-da Bakı şəhərinin Badamdar qəsəbəsi ərazisində, binanın həyətindən kişi meyiti tapılıb. Səbail rayon polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Birinci yaşayış massivi, bina 20-nin həyətində meyiti tapılan şəxsin 1962-ci il təvəllüdlü Camalov Kərim Abdulla oğlu olması müəyyən edilib. Məlum olub ki, ölən şəxs elə həmin binada yaşayırmış.

K.Camalov bir müddətmiş evə gəlmirmiş və binanın həyətindəki sığınacaqda yaşayırmış. O, tüfeyli həyat tərzi keçirirmiş.

Hazırda ölümün səbəbləri araşdırılır.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1749

Oxşar yazılar