Mənzildə meyit aşkarlanıb
01 dekabr 2012 20:09 (UTC +04:00)

Mənzildə meyit aşkarlanıb

0
Bakı şəhərində mənzillərdən birində meyit aşkarlanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1937-ci il təvəllüdlü Nəcəfov Fuad Süleyman oğlunun köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və çoxsaylı telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin eyvanından qalxaraq mənzilə daxil olublar. Mənzilə baxış keçirilərkən zərərçəkmiş vanna otağında hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı F. Nəcəfovun vəfat etdiyi müəyyən edilib. Xilasedicilər cəsədi aidiyyəti üzrə təhvil veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1901

Oxşar yazılar