Ermənilər cəbhəboyu əraziləri atəş altında saxlayır
03 dekabr 2012 10:35 (UTC +04:00)

Ermənilər cəbhəboyu əraziləri atəş altında saxlayır

0
Erməni silahlı bölmələri dünən və bu gecə bir neçə istiqamətdə mövqelərimizi atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, düşmən ordusu Ermənistan ərazisindəki adsız yüksəkliklərdə, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Veysəlli və Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Mərzili, Qaraqaşlı, Cəvahirli və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 582

Oxşar yazılar