Bakıda qıza görə restoranda qan tökdülər - TƏFƏRRÜAT
0
0
Dekabrın 2-də Bakı şəhərinin Nəsimi rayonu ərazisində bıçaqlaşma hadisəsi baş verib. Rayon polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 3-cü Mikrorayon dairəsində yerləşən restoranda 18 yaşlı Daşqın Qarayev 17 yaşlı Orxan Kazımovu bıçaqlayıb.
Məlumata görə, Daşqın adlı oğlan sosial şəbəkədə tanış olduğu qızla görüş təyin edib və restoranda həmin qızı gözləyirmiş. Qız avtobusla görüşə gələndə yolda Orxan Kazımovla tanış olub. Lakin O.Kazımov avtobusda imkan tapıb nömrəsini qıza verə bilməyib. 3-cü mikrorayon dairəsində isə həmin qız avtobusdan düşərək restorana tələsib. O.Kazımov isə onun ardınca düşüb və nömrəsini yazdığı kağız parçasını restoranda qıza verib. Bunu uzaqdan görən Daşqın isə onlara yaxınlaşıb və Orxanla mübahisə edib. Mübahisə daha sonra münaqişəyə çevrilib və D.Qarayev O.Kazımovu elə restorandaca bıçaqlayıb.
Hadisəni törədən gənc tutulub. Faktla əlaqədar araşdırmalar davam etdirilir.
Nizam RZA