«Gündəm Xəbər» qəzeti Anar Məmmədovdan üzr istədi
0
0
«Gündəm xəbər» qəzeti «ZQAN Holding»in Direktorlar Şurasının sədri Anar Məmmədovdan üzr istəyərək təkzib verib. APA-nın məlumatına görə, qəzet 28 noyabr 2012-ci il tarixli sayında 2012-ci il fevral ayında işıq üzü görmüş 39 (406) saylı nömrəsində «Nazir oğlunun avtovağzal davası» başlıqlı və «Dəfələrlə qardaşımı çağırıb, məni yola gətirməyi tapşırıblar» yarım başlıqlı, 2012-ci il 24 avqust tarixli 193 (561) saylı nömrəsində «Nazir oğlu ölkənin dəmiryol nəqliyyatın ələ keçirir» başlıqlı və «Dəmir yol nəqliyyatı ilə hərəkət edən marşrutlar Anar Məmmədova məxsusdur» yarım başlıqlı, 2012-ci il 6 sentyabr tarixli 204 (572) saylı nömrəsində «Anar Məmmədova məxsus şirkətin avtobusu qəza törətdi» başlıqlı məlumatların dəqiqləşdirilmədən verildiyini və təsdiqlənmədiyini bildirərək təkzib verib.
«Qəzet məlumatların həqiqətə uyğun olmadığını bildirir və bu cür məlumatları dərc etdiyinə görə Anar Ziya oğlu Məmmədovdan üzr istəyir», - deyə qəzetdə yerləşdirilmiş təkzibdə bildirilir.
Qeyd edək ki, bir müddət öncə «Azadlıq» qəzeti də yanlış xəbər yaydığına görə Anar Məmmədovdan üzr istəyib.