Xəzərdə 4 balıqçı itkin düşüb
0
0
Bu gün Xəzərin Bakı sahillərində 4 balıqçı itkin düşüb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə dekabrın 2-də səhər saatlarında Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi ərazisindən 4 nəfərin balıq tutmaq məqsədi ilə mühərrikli qayıqla dənizə çıxması və geri qayıtmamaları barədə məlumat daxil olub.
Müraciət daxil olan kimi dərhal aidiyyəti qurumlar məlumatlandırılıb və Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd helikopteri axtarışlara cəlb olunub.
Müraciət daxil olan kimi dərhal aidiyyəti qurumlar məlumatlandırılıb və Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd helikopteri axtarışlara cəlb olunub.
0
0