Lerikdə yanğın olub
04 dekabr 2012 21:45 (UTC +04:00)

Lerikdə yanğın olub

0
Lerik rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Lerik Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə dekabrın 4-də saat 17 radələrində rayonun Andurma kənd sakini, 1956-cı il təvəllüdlü Hacırza Balaxan oğlu Köçəriyevə məxsus ümumi sahəsi 44 kv.m olan tövlədə qeydə alınıb.

Hadisə yerinə gələn iki yanğınsöndürən maşının səyləri ilə yanğının yaxınlıqdakı fərdi yaşayış evinə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, tövlənin dam örtüyünün konstruksiyaları və içərisinə yığılmış 3 ton ot bağlaması yanaraq külə dönüb. Yanğının hansı səbəblərdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 962

Oxşar yazılar